2026-cı il bəzi bürclər üçün sevginin ciddi bir ölçüyə gəldiyi və münasibətlərin yeni bir səviyyəyə çatdığı bir dövr olmağa doğru gedir. Ulduzların düzülüşü gözlənilməz evlilik təkliflərini, qəfil nişan qərarlarını və uzunmüddətli münasibətlərdə xoşbəxt sonluqları göstərir. Bəs 2026-cı ilin sonuna qədər hansı bürclərin barmaqlarında üzük görmə ehtimalı daha yüksəkdir?
TƏRƏZİ
2026 sizin üçün həyatınızı birləşdirən il olacaq. Xüsusilə Cənub Düyünü bürcünüzdən ayrıldığı üçün üzərinizdəki qətiyyətsizlik buludları dağılır. Yupiterin dəstəyi ilə uzunmüddətli, lakin ifadə olunmamış münasibətlər birdən evliliklə başa çata bilər. Bürcünüz üçün bu dövr təkcə evlənməyi deyil, həm də həyatınızı ruh yoldaşınızla birləşdirmək prosesinə təkan verəcək. Ciddi münasibəti olmayanlar da bu dövrdə münasibətə başlamaqda daha cəsarətli olacaqlar.
QOÇ
Qoçlar üçün 2026-cı il "Gəlin bunu artıq edək!" dedikləri il olacaq. Əgər Qoç bürcündənsinizsə, bu il Şimal Düyününün bürcünüzdən keçməsinin bəhrəsini görəcəksiz. İlk baxışdan sevgi ilə başlayan münasibətin bir il ərzində ciddi bir şeyə çevrildiyini görə bilərsiniz. Əgər münasibətdəsinizsə, partnyorunuzun gözlənilmədən evlilik təklifi etməsinə hazır olun.
XƏRÇƏNG
Təbii olaraq evsevər və ailəyə yönəlmiş Xərçənglər üçün 2026-cı ilin ikinci yarısı tam hüquqlu "ailə quruculuğu" bayramı vəd edir. Xüsusilə 2025-ci ilin iyul ayından etibarən güclənəcək bir proses olan Yupiterin Xərçəngə keçidi ilə evlilik imkanları qapınızı döyəcək. Sizin üçün bu evlilik sadəcə bir imza olmayacaq; bu, xəyallarınızın isti evinə çatmaq demək olacaq.
OĞLAQ
Karyerasına üstünlük verən Oğlaqlar belə 2026-cı ildə sevginin gücünə təslim olacaqlar. Saturnun intizamlı, lakin möhkəm enerjisi Oğlaqları davamlı bir tərəfdaşlığa doğru itələyir. Həyatınızda kiminsə varsa, onunla qocalmaq istədiyinizə qərar verə bilərsiniz. Bu il ən möhkəm öhdəliklər götürmək, rahatlıq evliliyini sevgi ilə birləşdirmək üçün yüksək potensiala sahib olacaqsınız.
Könül
Musavat.com