AZ

ABŞ və İran razılığa gəldi -

ABŞ və İranın yekun razılaşma layihəsi üzərində anlaşdığı iddia olunur.Metbuat.az xəbər verir ki, tərəflərin Pakistanın vasitəçiliyi ilə razılığa gəldiyi irəli sürülür. “Al Arabiya” telekanalının məlumatına görə, hazırlanan sənəd bölgədə vəziyyətin sabitləşdirilməsi və qarşıdurmaların dayandırılmasını nəzərdə tutur. İddialara əsasən, sazişdə bütün cəbhələrdə atəşkəsin təmin edilməsi, həmçinin tərəflərin bir-birinin infrastruktur obyektlərini hədəfə almamaq öhdəliyi yer alıb. Bununla yanaşı, Fars körfəzi və Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin qorunmasına dair təminatların da razılaşdırıldığı bildirilir.

Məlumata görə, Tehran razılaşmanın şərtlərinə əməl edəcəyi halda, İrana tətbiq olunan beynəlxalq sanksiyaların mərhələli şəkildə yumşaldılması nəzərdə tutulur. Həmçinin tərəflər arasında açıq qalan məsələlərin müzakirəsinin davam etdiriləcəyi bildirilir.

Seçilən
26
metbuat.az

1Mənbələr