AZ

Mərakeşdə binanın çökməsi nəticəsində 14 nəfər ölüb

BAKI, 22 may. TELEQRAF

Mərakeşin şimalındakı Fes şəhərində yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb.

Teleqraf xəbər verir ki, Fəzin Ayn Naqbi məhəlləsində beşmərtəbəli yaşayış binasının çökməsi nəticəsində daha altı nəfər yaralanıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Mərakeş Milli, Şəhərsalma, Mənzil və Şəhər Siyasəti Nazirliyinin sözçüsü Ədib Benibrahimin sözlərinə görə, bina tikinti zamanı standartların gözlənilməməsi səbəbindən çöküb.

Seçilən
56
teleqraf.com

1Mənbələr