AZ

İspaniya klubu Silvaya müqavilə təklif etdi

“Atletiko” mövsümün sonunda “Mançester Siti”dən ayrılacaq Bernardu Silvanı transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu portuqaliyalı yarımmüdafiəçini Antuan Qrizmannın əvəzləyicisi kimi nəzərdən keçirir. Bildirilir ki, “Atletiko” artıq 31 yaşlı futbolçunun agenti ilə danışıqlarda irəliləyiş əldə edib.

Madrid klubu Bernardu Silvaya 2 illik, daha bir il uzadılma variantı olan müqavilə təklif etməyə hazırdır. Futbolçunun da Madrid təmsilçisinin marağından məmnun qaldığı vurğulanır.

Portuqaliyalı yarımmüdafiəçi bu mövsüm 52 oyunda 3 qol və 5 assistlə yadda qalıb.

Seçilən
101
idmanxeber.az

1Mənbələr