AZ

Mərakeşdə bina çökdü 11 ölü, 6 yaralı

ain.az bildirir, 525.az portalına istinadən.

Mərakeşin Fes şəhərində dördmərtəbələli yaşayış binası çöküb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, dağıntılar altından 11 nəfərin cəsədi çıxarılıb, 6 nəfər isə yaralanıb.

Dağıntılar altında itkin düşmüş şəxslərin axtarışı davam edir.

Hadisə ilə bağlı araşdırma başladılıb. Mümkün çökmələrə qarşı ehtiyat tədbiri olaraq ətrafdakı binalar boşaldılıb.

Xatırladaq ki, ötən ilin dekabr ayında Mərakeşin keçmiş paytaxtı və əhalisinin sayına görə üçüncü şəhəri Fesdə iki bina uçmuş, 22 nəfər həlak olmuşdu.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
68
525.az

1Mənbələr