Fermin Lopes dünya çempionatını kənardan izləməli olacaq.
"Football-plus.az" xəbər verir ki, “Barselona”nın yarımmüdafiəçisi əməliyyat olunub. Bu haqda klubun saytı məlumat yayıb. 23 yaşlı isaniyalı futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik məlum deyil.
Fermin İspaniya La Liqasının 37-ci turunun “Betis”lə matçında (3:1)zədələnmişdi. O, bu mövsüm “Barselona”da 48 oyun keçirib, 13 qol vurub və 17 məhsuldar ötürmə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta