PSJ-nin baş məşqçisi Luis Enrike “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiolanın işini yüksək qiymətləndirib.
90deqiqe.Az xəbər verir ki, "Movistar" çalışdırıcının dediklərini belə çatdırıb.
“O, mənim üçün nümunə deyil, çünki o, sadəcə ən yaxşı məşqçidir — təkcə qazandığı titullara görə yox, futbolu təqdim etmə tərzinə görə. O, oyunu dəyişib, cəsarətli qərarlar verib, mərkəz və cinah müdafiəçilərini mərkəzə çəkərək futbolu yenidən formalaşdırıb”.
Daha əvvəl İspaniya mütəxəssisinin “Siti”də 10 illik dövrünün başa çatdığı və 2025/2026 mövsümünün sonunda klubdan ayrılacağı barədə məlumat yayılmışdı.
Qeyd edək ki, Premyer Liqanın 33-cü turundan sonra “Mançester Siti” çempionluq şansını itirib və titul 22 ildən sonra ilk dəfə “Arsenal”a qismət olub. Bununla belə, Qvardiola mövsüm ərzində İngiltərə Kubokunu qazanmağı bacarıb.