Bakı-Tiflis-Bakı marşrutu üzrə beynəlxalq sərnişin qatarına biletlərin satışı rəsmən başlayıb.
İlk reysin mayın 25-də yerli vaxtla saat 23:10-da Bakıdan yola düşəcəyi bildirilib.
Musavat.com xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışına start verildiyini açıqlayıb. Bakı–Tbilisi qatarına bilet alan ilk sərnişin Elnarə Rəsulova adlı şəxs olub.
Biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), "ADY Mobile" tətbiqi və dəmiryol kassalarından əldə etmək olar.
Musavat.com