CHP-nin 38-ci Fövqəladə Qurultayı ilə bağlı ləğv və "tamamilə etibarsızlıq" qərarından sonra partiya qərargahında gərginlik yaranıb.
"Unikal" xəbər verir ki, qərargahda Kılıçdaroğlunun portretini ayaqlar altına ataraq tapdalayıblar.
Onlar "Xain Kamal", "CHP-də xainlərə yer yoxdur" şüarları səsləndiriblər.
Xatırladaq ki, 77 yaşlı K. Kılıçdaroğlu CHP-yə qarşı yeni bir kampaniya başlatmışdı. 13 il partiyanın rəhbəri olmuş və dəfələrlə seçkilərdə məğlub olmuş keçmiş partiya lideri CHP rəhbərliyini sərt tənqid etmiş və partiyanı "təmizlənməyə" çağırış etmişdi.