Bakı-Tbilisi-Bakı dəmir yolu marşrutu üzrə bilet satışı başlayıb.
Day.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Bildirilib ki, biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), "ADY Mobile" tətbiqi və dəmiryol kassalarından almaq mümkündür.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan hökumətləri arasında Birgə Kommünikeyə əsasən, 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq.