Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Göz ətrafındakı dəri digər nahiyələrlə müqayisədə daha nazik olur. Bu səbəbdən yorğunluq, yuxusuzluq və yaşlanma əlamətləri ilk olaraq həmin hissədə nəzərə çarpır.Dəriyə qulluqla bağlı paylaşımlarda qəhvə yağının tərkibindəki kofein və antioksidantların qan dövranını sürətləndirə biləcəyi bildirilir. Bu isə göz altındakı şişkinlik və tünd görünüşün azalmasına kömək edə bilər.Qarışığın digər əsas komponenti itburnu çəyirdəyi yağıdır. Tərkibində A və C vitamini olan bu yağın dəri elastikliyini dəstəklədiyi qeyd olunur. Daimi istifadə zamanı incə xətlərin görünüşündə azalma yarada biləcəyi deyilir.Təbii serum hazırlamaq üçün qəhvə yağı ilə itburnu çəyirdəyi yağını eyni miqdarda qarışdırmaq kifayətdir. Qarışıq təmiz şüşə qabda saxlanmalıdır.İstifadə zamanı qarışıq gecə yatmazdan əvvəl təmiz göz ətrafına çəkilir. Yağı adsız barmaqla yüngül toxunuşlarla tətbiq etmək məsləhət görülür. Dərinin gecə saatlarında özünü daha sürətli yenilədiyi üçün bu vaxt qulluq proseduru daha faydalı hesab olunur.Dəriyə qulluq paylaşımlarında qeyd edilir ki, qarışıq həftədə 3-4 dəfə istifadə olunduqda göz altındakı yorğun görünüşdə müəyyən yumşalma hiss oluna bilər. Lakin həssas dəriyə sahib şəxslərin istifadə etməzdən əvvəl kiçik sahədə test aparması tövsiyə olunur.Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.