BAKI, 21 may. TELEQRAF
Konqo Demokratik Respublikasında peyvəndi olmayan nadir virus "Bundibugyo"dan ölənlərin sayı 130-u keçib.
Teleqraf xəbər verir ki, hazırda Konqo Demokratik Respublikası (KDR) tarixinin ən çətin səhiyyə böhranlarından biri ilə üzləşir. Ölkədə ilk dəfə 1976-cı ildə aşkarlanan virus geri dönüb. Ebola virusunun "Bundibugyo" ştammı olduqca təhlükəlidir.
Virus qonşu Uqandanın paytaxtı Kampalaya yayılaraq bölgədə həyəcan səviyyəsini ən yüksək həddə çatdırıb.
Ölkənin coğrafi quruluşu və dərin sosial-iqtisadi böhran epidemiyanın genişlənməsinə şərait yaradır. Torpaqlarının 60%-dən çoxunun sıx meşələrlə örtülü olduğu bir ölkədə yoxsulluq pik həddə çatıb. Kənd əhalisinin qida ehtiyacının 80%-ni yarasalar, meymunlar və kirpilər ödəyir.
Keçmiş səhiyyə naziri Eteni Longondo insanların sağ qalmaq üçün bu heyvanları ovlamaqdan başqa çarələrinin olmadığını və bunun virusların insanlar arasında sürətlə yayılmasına səbəb olduğunu deyib.