“Çelsi”nin müdafiəçisi Mark Kukurelya karyerasını İspaniyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı futbolçu “Atletiko”nun transfer siyahısına daxil edilib. Madrid klubunun yay transfer dönəmində ispaniyalı müdafiəçi üçün ciddi addımlar atacağı bildirilir.
Kukurelyanın “Çelsi” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. O, bu mövsüm 49 oyunda 1 qol və 4 assistlə yadda qalıb.