Qazaxıstanın Karaqanda şəhərində tibb institutunda təhsil alan tələbənin ölümü barədə məlumat yayılıb.
Qaziler.az bildirir ki, Kazinform müxbirinin verdiyi məlumata görə, faciə sonuncu kurs tələbəsi olan gəncin digər tələbələrlə birlikdə yaşadığı yataqxanada baş verib.
Martın 17-də Tibb Universitetinin Beynəlxalq Fakültəsinin 21 yaşlı tələbəsi şəhərdəki yataqxanada vəfat edib. Mənbələrə görə, o, Hindistan vətəndaşı olub. Hadisədən sonra onun cəsədi Hindistana qaytarılıb.
Tələbə sonuncu kursda oxuyurdu və yataqxananın beşinci mərtəbəsində yaşayırdı və əldə olan məlumata görə, oradan yıxılıb.
Karaganda Vilayət Polis İdarəsinin mətbuat xidməti ölüm hadisəsi ilə bağlı məhkəməyəqədər araşdırmanın başlandığını bildirib.
QAZİLER.AZ