AZ

Hüseyn və Paşa Avropa çempionuOLDU

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-15 Avropa çempionatı davam edir.

Redaktor.az xəbər verir ki, bu haqda Güləş Federasiyası məlumat yayıb.

Məlumata görə, yunan-Roma güləşi üzrə millimizin 2 üzvü Avropa çempionu olub.

Belə ki, Hüseyn Əmrahlı (38 kiloqram) finalda estoniyalı Daniel Samuelə tam üstünlüklə (9:0) qalib gələrək, Paşa Aslan (44 kiloqram) isə həlledici görüşdə ermənistanlı Paşa Xudoyanı 4:1 hesabı ilə üstələyərək Avropa çempionu adına sahib çıxıb.

Seçilən
151
6
redaktor.az

9Mənbələr