AZ

Bakıda özəldə oxumaqdansa, rayonda dövlətdə oxumaq üstündür Ekspert

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son illərdə ali təhsil seçimi gənclər üçün ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Universitet seçimi zamanı dövlət və özəl ali məktəblər arasında müqayisə aparılır, diplomun tanınması, təhsilin keyfiyyəti və gələcək karyera imkanları əsas meyarlar kimi ön plana çıxır. Bu məsələlər abituriyentlərin seçimlərinə birbaşa təsir edir.Məsələ ilə təhsil eksperti Ramin Nurəliyev Demokrat.az-a bildirib ki, həm özəl, həm də dövlət universitetlərinin diplomları Azərbaycanda tanınır və bununla bağlı heç bir problem yoxdur:"Sadəcə, bəzi dövlət qurumları, xüsusilə xüsusi təyinatlı qurumlar özəl universitetlərin diplomlarını qəbul etmir. Belə hallarda həmin qurumlara işə qəbul üçün dövlət universitetinin diplomu üstünlük təşkil edir.Ümumilikdə isə dövlət və özəl universitetlər arasındakı imkan fərqləri dedikdə nəyin nəzərdə tutulduğunu tam anlamaq olmur. Prestij baxımından dövlət universitetləri adətən özəl universitetlərdən üstün hesab edilir. Bununla belə, Xəzər Universiteti kimi özəl ali təhsil müəssisələri var ki, bir çox dövlət universitetlərindən daha keyfiyyətli təhsil təqdim edir. Bu da danılmaz reallıqdır. Lakin ümumi mənzərəyə baxdıqda, daha nüfuzlu dövlət universitetləri əksər özəl universitetlərdən üstün sayılır".Ekspert deyib ki, abituriyentlərin tez-tez müqayisə etdiyi məsələlərdən biri də regionlardakı dövlət universitetləri ilə Bakıdakı özəl universitetlər arasındakı seçimdir:"Xüsusilə paytaxtda yaşayanlar regionlara getməmək üçün daha çox Bakıdakı özəl universitetlərə üstünlük verirlər. Məncə, bəzi Bakı özəl universitetlərində təhsil almaqdansa, regionlardakı dövlət universitetlərində oxumaq həm daha məqsədəuyğun, həm də daha prestijli seçimdir",- deyə o qeyd edib.Qısası, ölkədə özəl və dövlət universitetlərinin diplomları rəsmən eyni qüvvəyə malik olsa da, bəzi dövlət orqanları işə qəbulda dövlət universitetlərinə üstünlük verir və Bakıda zəif özəl məktəbdə oxumaqdansa, regionda dövlət universitetini seçmək daha yaxşıdır.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
demokrat.az

1Mənbələr