AZ

Alonso “Qalatasaray”ın ulduzunu istədi

"Çelsi"nin baş məşqçisi Xabi Alonso yeni mövsüm öncəsi transfer planlarını müəyyənləşdirib. Metbuat.az xəbər verir ki, ispaniyalı mütəxəssis rəhbərlikdən heyətin üç əsas mövqeyi üçün yeni futbolçular tələb edib. Məlumata görə, Xabi Alonso hücum xətti üçün əsas hədəf kimi Victor Osimhenin transferini istəyir. Nigeriyalı forvardın son iki mövsümdə “Qalatasaray”da keçirdiyi 72 oyunda 59 qol və 13 məhsuldar ötürmə ilə diqqət çəkdiyi bildirilib.Qapıçı mövqeyi üçün isə Alonso Mike Maignanın adını ön plana çıxarıb. Fransalı qolkiper bu mövsüm “Milan”ın heyətində 40 oyunda meydana çıxıb, 15 matçda qapısını toxunulmaz saxlayıb.

Mərkəz müdafiəsi üçün əsas namizəd isə Ousmane Diomande hesab olunur. “Sportinq”də çıxış edən 22 yaşlı müdafiəçi bu mövsüm 28 matçda 1 qol və 1 assistlə yadda qalıb.

Seçilən
31
metbuat.az

1Mənbələr