AZ

NATO Latviyanın hər qarışını qorumağa hazırdır - Rutte

NATO Latviyanın hər qarışını dronlardan qorumağa hazırdır.

Trend xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Latviya Prezidenti Edqars Rinkviçlə telefon danışında bildirib.

“Az öncə Latviya prezidenti Edqars Rinkeviçs ilə Latviyada baş verən son hadisələr, o cümlədən pilotsuz uçuş aparatları ilə bağlı insidentlər barədə danışdım. NATO üzv ölkələrin təhlükəsizliyinə tam sadiqdir və alyans NATO ərazisinin hər qarışının müdafiəsini təmin etməyə davam edəcək”, - deyə Rütte X sosial şəbəkəsində yazıb.

Bundan əvvəl NATO-nun baş katibi Baltikyanı ölkələrdə pilotsuz uçuş aparatlarının düşməsinə görə bütün Rusiyanı cavabdeh bilərək, bu kimi halların Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə əlaqədar olduğunu bildirmişdi.

Seçilən
25
qaziler.az

1Mənbələr