Bu gün AFFA-nın Apellyasiya Komitəsinin iclası keçirilib.
İclasda “Ağdaş” FK tərəfindən daxil olmuş apellyasiya müraciətinə (“Ağdaş” FK-ya Lisenziya Komissiyasının 08.05.2026-cı il tarixli qərarına əsasən, II Liqa yarışlarında iştirak etmək üçün lisenziyanın verilməməsi məsələsi ilə bağlı) və klub tərəfindən təqdim olunmuş əlavə sənədlərə baxılıb.
Müzakirələrdən sonra aşağıdakı qərar qəbul olunub:
“Ağdaş” FK-ya 2026/2027-ci il mövsümündə II Liqa yarışlarında iştirak etmək üçün lisenziya verilsin.