AZ

Böyük Qayıdış üçün böyük iş yeri │ FOTOLAR

ain.az, Azvision portalına istinadən məlumat yayır.

Ölkənin ən iri sənaye zonalarından biri olan parkın ərazisinə bu günədək sahibkarlar tərəfindən 172 milyon manat investisiya yatırılıb. Hazırda sənaye parkında 31 müəssisə rezident, 5 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb və burada 1000-dən artıq daimi iş yeri formalaşdırılıb. Artıq parkda 13 müəssisə aktiv fəaliyyət göstərir və onların istehsal gücü həm daxili bazarın tələbatını ödəməyə, həm də ixrac potensialını genişləndirməyə yönəlib. İşə qəbul zamanı əsas üstünlüyün Ağdam və ətraf rayonlardan olan sakinlərə verilməsi bölgədə işsizliyin aradan qaldırılmasına əhəmiyyətli təsir göstərir.

Park ərazisində fəaliyyət göstərən müasir müəssisələrdən biri də avtomatika və telemexanika fabrikidir. Fabrikin yığım sahəsi üzrə rəhbəri Sübhan Quliyev müəssisənin fəaliyyətinin birbaşa yerli infrastrukturun modernləşdirilməsinə xidmət etdiyini vurğulayıb: “Bizim sahənin əsas hədəfi ölkənin dəmir yolu şəbəkəsinin ən müasir avadanlıqlarla təchiz olunmasıdır. Məqsədimiz mobilliyin artırılmasını və hərəkətin təhlükəsizliyini rəqəmsal sistemlərlə dəstəkləməkdir. İstehsal etdiyimiz texnoloji avadanlıqlar hazırda daxili layihələrdə uğurla tətbiq olunur, növbəti mərhələdə isə xarici bazarlara çıxış strategiyası nəzərdə tutulub.”

Müəssisədə çalışan mühəndis Nicat Əhmədov isə zavodun regional iqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb: “Müəssisəmiz dəmir yolu avadanlıqlarının istehsalı sahəsində regionda və ölkədə ilk layihələrdən biri hesab olunur. İki ilə yaxındır fəaliyyət göstərən zavodumuzda 30-dan çox işçi çalışır ki, onların da böyük əksəriyyəti Ağdam sakinləridir. Vaxtilə məcburi köçkün həyatı yaşamış insanların bu gün doğma yurda qayıdaraq burada həm daimi mənzillə, həm də yüksək texnoloji işlə təmin olunması qürurvericidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
azvision.az

1Mənbələr