AZ

Kamran Ağabalayevdən daun sinrdomlu uşaqlara dəstək - Video

Aktyor Kamran Ağabalayev növbəti paylaşımı ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, aktyor daun sindromlu uşaqların çalışdığı restorandan video paylaşaraq bu təşəbbüsü yüksək qiymətləndirib. O, paylaşımında həmin uşaqların cəmiyyətə inteqrasiyası və onların əməyinə verilən dəyərin vacibliyini vurğulayıb.

Kamran Ağabalayev bildirib ki, qarşılaşdığı mənzərə onu duyğulandırıb:

“Bu, heç bir halda reklam deyil. Bu gün təsadüfən belə bir hadisənin şahidi oldum və çox sevindim. Bizim günəş balalarımız, heç demə, restoranda böyük həvəslə çalışırlar. Restoranın rəhbərliyindən tutmuş bu gözəl işdə əməyi keçən hər kəsə "Allah sizdən razı olsun" deyirəm.”

Aktyor izləyicilərinə də müraciət edərək, bu cür sosial layihələrə və xüsusi qayğıya ehtiyacı olan insanlara dəstək göstərməyin vacibliyini qeyd edib.

Onun paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Bir çox izləyici daun sindromlu şəxslərin iş həyatına cəlb olunmasını nümunəvi addım kimi qiymətləndirərək həm restorana, həm də aktyora təşəkkür edib.

Könül

Musavat.com

Seçilən
39
musavat.com

1Mənbələr