AZ

Ulduzlar "Milyonçu"ları seçdi -

Astroloqların son proqnozlarına görə, bu dövrdə bəzi bürclərin üzünə şans güləcək.Metbuat.az xəbər verir ki, xüsusilə maliyyə, karyera və gözlənilməz gəlirlər baxımından taleyi dəyişəcək 4 bürc diqqət mərkəzinə düşüb. Şir bürcü üçün həyatın dönüş nöqtəsi sayılacaq bir mərhələnin başladığı bildirilir. Planetlərin düzülüşü onların qarşısında yeni qapılar açır. Astroloqlar Şirlərin gözlənilməz bonuslar, köhnə investisiyalardan gələn gəlirlər və ya yüksək maaşlı yeni iş təklifləri ilə qarşılaşacağını qeyd edir. Bu dövrdə xüsusilə media, layihə və xarici tərəfdaşlıqlarla bağlı təkliflərin uğur gətirəcəyi vurğulanır.Buğa bürcü üçün isə may ayının sonundan etibarən maddi baxımdan uğurlu günlərin başlayacağı deyilir. İlk baxışdan əhəmiyyətsiz görünən bir təklifin sonradan böyük qazanca çevrilə biləcəyi bildirilir. Əlavə gəlir imkanları və geri qaytarılan borcların büdcəyə ciddi təsir edəcəyi qeyd olunur. Astroloqlar Buğalara bu dövrdə risk etməkdən çəkinməməyi tövsiyə edir.Əqrəb bürcünün də maddi vəziyyətində ciddi dəyişiklik gözlənilir. Yeni əməkdaşlıqlar və strateji addımlar sayəsində gözlənilməz gəlirlərin əldə olunacağı bildirilir. Astroloqların fikrincə, Əqrəblər üçün əsas uğur sirri intuisiyalarına güvənmək olacaq. Qarşılarına çıxan fürsətləri vaxtında dəyərləndirsələr, gəlirlərini bir neçə dəfə artıra bilərlər.

Əkizlər bürcü üçün isə Merkurinin hərəkətinin uğurlu təsir yaratdığı qeyd olunur. Uzun müddət çəkilən zəhmətin qarşılığının alınacağı bildirilir. Yeni tanışlıqlar və faydalı əlaqələr Əkizlər üçün yüksək gəlirli imkanlar yaradacaq. Karyera sahəsində gözlənilən dəyişikliklərin maliyyə vəziyyətinə müsbət təsir edəcəyi vurğulanır.

Seçilən
76
metbuat.az

1Mənbələr