AZ

Yaxın bir neçə gündə nə baş verəcək?

İranla bağlı saziş ətrafındakı vəziyyətə yaxın günlərdə aydınlıq gələ bilər.

Publika.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bəyan edib.

Rubionun sözlərinə görə, Vaşinqton və Tehran arasında münaqişənin nizamlanması məsələsində "müsbət siqnallar" var.

"Rəsmi bəyanatları qabaqlamaq istəmirəm, gəlin görək yaxın bir neçə gündə nə baş verəcək", - deyə o qeyd edib.

Eyni zamanda, Rubio vurğulayıb ki, əgər əlverişli razılaşma əldə olunmasa, ABŞ-ın İrana qarşı digər variantları da gündəmdə qalır.

Seçilən
23
publika.az

1Mənbələr