Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari ilin yanvar-aprel aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 633 116,8 min sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,8% artım qeydə alınıb.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə taksidən istifadə edən sərnişinlərin sayı 26 milyon 993,8 min nəfərə bərabər olub.
Qeyd edilib ki, sərnişinlərin 95,7%-i avtobus, 4,3%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!