
Belarus Prezidenti Alexander Lukashenko ölkəsinin istənilən təcavüzə qarşı bütün silah növlərindən, o cümlədən nüvə silahından istifadə etməyə hazır olduğunu bildirib.
O, Rusiya ilə birgə keçirilən nüvə qüvvələrinin təlimindən sonra verdiyi açıqlamada deyib ki, Belarusa qarşı hücum olacağı təqdirdə dərhal cavab veriləcək.
“Allah eləməsin, amma siz nüvə təlimini gördünüz. Burada heç kim düşünməyəcək. Bizə hücum edilən kimi, aqressiya baş verən kimi bütün silah növləri ilə cavab veriləcək. Əks halda, bu silahları niyə saxlayırıq?” – deyə Lukaşenko vurğulayıb.
Belarus lideri əlavə edib ki, ölkəsi heç kimə hədə-qorxu gəlmir və başqa dövlətlərə qarşı aqressiv niyyət daşımır:
“Bizə toxunmayın, biz də sizə toxunmarıq.”
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta