AZ

Samara merinin nəvəsi babası və nənəsini ZƏHƏRLƏYİB – Məqsəd əmlakı ƏLƏ KEÇİRMƏK OLUB

Samaranın eks-meri Viktor Tarxov və həyat yoldaşı ölümün digər təfərrüatları üzə çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə regionun hüquq-mühafizə orqanları məlumat yayıb.

Samaranın keçmiş meri Viktor Tarxov və onun həyat yoldaşının meyitləri aşkarlanıb. İlkin məlumatlara görə, cütlük güllələnərək qətlə yetirilib.

Qeyd edək ki, bir müddət əvvəl prokuror tərəfindən oxunan ittiham aktında cütlüyün nəvəsinin və digər şəxslərin onları zəhərləyərək əmlak sənədlərini imzalamağa məcbur etmək istədikləri bildirilirdi.

İttihama əsasən, cinayətkarlar onları içkilərinə və dərmanlarına zəhər qatmaqla təsirsiz hala gətirməyi planlaşdırıblarmış.

Hazırda baş verən qətlin zəhərlənmə cəhdləri ilə birbaşa əlaqəli olub-olmadığı və hadisəni törədən şəxslərin müəyyən edilməsi istiqamətində intensiv istintaq tədbirləri davam etdirilir.

Hazırda məhkəmə prosesi davam edir, təqsirləndirilən şəxslərin digər cinayət əməllərində iştirakı araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
17
1
interpress.az

2Mənbələr