AZ

Xüsusi nümayəndə: Kəlbəcərdəki layihələr doğma torpaqlara həyatın yenidən qayıtdığını təcəssüm etdirir

Bakı, 21 may, AZƏRTAC

Bu gün Kəlbəcərdə həyata keçirilən layihələr, sadəcə, bir tikinti və yenidənqurma prosesi deyil, həm də tarixi ədalətin bərpasını və doğma torpaqlara həyatın yenidən qayıtmasını təcəssüm etdirir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urbisiddən münaqişə sonrası yenidənqurmaya gedən yol” tədbirində Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev söyləyib.

O bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsindən bəri həmin ərazilərdə genişmiqyaslı və məqsədyönlü bərpa-quruculuq işləri həyata keçirilir. Bu layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətli dirçəlişini dəstəkləyir, əhalinin dayanıqlı məskunlaşmasını təmin edir, davamlı iqtisadi fəaliyyəti stimullaşdırır və bu ərazilərin yüksək səviyyədə inkişaf etmiş bölgələrə çevrilməsi üçün möhkəm təməl yaradır.

“Eyni zamanda, davam edən bu proseslər işğal dövründə ərazilərimizdəki ekoloji mühitə, mədəni irsə vurulmuş ziyanın, vandalizm aktlarının və dağıntıların nəticələrinin aradan qaldırılması baxımından xüsusi önəm kəsb edir", - deyə xüsusi nümayəndə vurğulayıb.

Müxbirlər – Ceyhun Xəlilov, Elgün Niftəli
Fotoqraf – İlkin Cavanşirov
Operator – İlham Nadirov
Seçilən
28
1
azertag.az

2Mənbələr