AZ

Nigeriyalı mütəxəssis: WUF13 mənim üçün peşəkar təcrübə oldu

Bakı, 21 may, AZƏRTAC

Bu, mənim Ümumdünya Şəhərsalma Forumunda (WUF) ilk iştirakımdır. Budəfəki forumun qlobal miqyasda mənzil təminatı, şəhərlərin və icmaların necə daha təhlükəsiz, dayanıqlı və böhranlara qarşı dözümlü formalaşdırılması kimi aktual bir mövzuya həsr olunması tədbiri son dərəcə əhəmiyyətli edir. Mən bu forumda məhz dünyanın müxtəlif şəhərlərinin qabaqcıl təcrübələrini öyrənmək üçün iştirak edirəm. Elə bu səbəbdən də dialoq sessiyalarının heç birini qaçırmamağa çalışmışam.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən Nigeriya təmsilçisi, şəhərsalma üzrə mütəxəssis Qabriel Ameh deyib.

“Bu platforma fərqli ölkələrdən və mədəniyyətlərdən olan mütəxəssisləri bir araya gətirərək nadir bir mübadilə imkanı yaradır. WUF13 mənim üçün zəngin bir peşəkar təcrübə dövrü oldu”, - deyə o əlavə edib.

Seçilən
34
1
azertag.az

2Mənbələr