Rusiya Prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenko videobağlantı vasitəsilə nüvə təlimlərinə rəhbərlik ediblər.
Bu barədə “BelTA” nəşri məlumat yayıb.
“Bu, ilk belə birgə təlimdir. Lakin ayrı-ayrı elementlər, tərkib hissələri üzrə təlimləri baş qərargahlarımız, müdafiə nazirlərimiz hər rüb keçirirlər”, - Lukaşenko çıxışında bildirib.
Onun sözlərinə görə, Minsk və Moskva “heç kimə hədə-qorxu gəlmir”, lakin “Brestdən Vladivostoka qədər ümumi Vətəni” qorumağa hazırdırlar.\\qafqazinfo.az