AZ

Bəşir Hacıyev: Kəlbəcərdə 2020 hektar ərazi minalardan təmizlənib

Bakı, 21 may, AZƏRTAC

2020-2026-cı illəri əhatə edən rəsmi dövr ərzində Azərbaycan üzrə ümumilikdə 270 min hektar torpaq sahəsi, Kəlbəcər rayonunda isə 2020 hektar ərazi minalardan təmizlənib.

AZƏRTAC xəbər verir ki, bu məlumatı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urbisiddən münaqişə sonrası yenidənqurmaya gedən yol” tədbirində Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev açıqlayıb.

O bildirib ki, 2020-ci il noyabrın 10-dan 2026-cı il mayın 12-ə qədər mina və partlayıcı sursat insidentləri nəticəsində respublika üzrə ümumilikdə 425 mina qurbanı qeydə alınıb.

"Bunlardan 73 nəfər həyatını itirib, 352 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qeyd olunan dövr ərzində ümumilikdə 262 mina hadisəsi baş verib. Təəssüf ki, bu statistikanın əhəmiyyətli bir hissəsi Kəlbəcər rayonunun payına düşür. Rayonda baş vermiş mina insidentləri nəticəsində 8 nəfər həlak olub, 43 nəfər yaralanıb; beləliklə, ümumilikdə 51 mina qurbanı qeydə alınıb. Bununla da Kəlbəcər rayonunda mina hadisələrinin sayı 27-yə çatıb", - deyə B.Hacıyev əlavə edib.

Müxbirlər – Ceyhun Xəlilov, Elgün Niftəli
Fotoqraf – İlkin Cavanşirov
Operator – İlham Nadirov
Seçilən
47
1
azertag.az

2Mənbələr