AZ

Bakının bu ərazilərində kanat yolu təklif OLUNDU

"Tramvay və trolleybusların Bakıya qaytarılması mütləq lazımdır. Bu, şəhər infrastrukturunun vacib elementlərindən biridir. Əgər Bakı şəhərindən danışırıqsa, tramvay və trolleybus xətlərinin Bakı dairəvi və Abşeron dairəvi xətləri ilə, gələcəkdə isə Bakı-Abşeron cənub dairəvi xətti, yəni Qaradağ istiqamətində yerləşən ərazilərin şəhər mərkəzi ilə birləşdirilməsi layihələrinin koordinasiyalı şəkildə inkişaf etdirilməsi vacibdir. Bununla yanaşı, metronun şaxələndirilməsi, avtobus şəbəkəsinin genişləndirilməsi də paralel şəkildə həyata keçirilməlidir. Bütün bu layihələr əlaqəli və koordinasiyalı şəkildə icra olunsa, tramvay və trolleybusların şəhərə dönüşü nəqliyyat sistemində mükəmməl bir konfiqurasiya formalaşdıracaq".

Bu fikirləri Redaktor.az-a Bakıda yeni nəqliyyat infrastrukturlarının inşaşından danışarkən nəqliyyat eksperti Aslan Əsədov səsləndirdi.

Onun sözlərinə görə, yeni infrastrukturların inşasıyla Bakı şəhərinin yalnız mərkəzi deyil, ətraf qəsəbələri də daxil olmaqla əlçatmaz nöqtəsi qalmayacaq:

"Nəticədə tramvay və trolleybusların fəaliyyəti daha da effektivləşəcək və şəhərin nəqliyyat infrastrukturuna əlavə töhfə verəcək. Kanat yolu məsələsinə gəldikdə isə, bununla bağlı mən iki il əvvəl Bakı-Sumqayıt yolunun alternativ layihələri çərçivəsində müəyyən təkliflər irəli sürmüşdüm. Məsələn, 9-cu mikrorayon ərazisi ilə Biləcəri qəsəbəsi arasında və yaxud Yasamal ərazisi ilə Qobu istiqamətində, Xocasən üzərindən keçməklə kanat yolunun layihələndirilməsi mümkündür. Yəni nisbətən dağlıq və təpəlik ərazilərin düzənlik ərazilərlə birləşdirilməsi əlavə infrastruktur elementi kimi faydalı ola bilər. Bu həm də turizm potensialının artmasına xidmət edə bilər. Lakin kanat yolunun əsas nəqliyyat növü kimi istifadəsi mənə inandırıcı görünmür. Çünki Bakıda bu nəqliyyat növünün şəhərdaxili yükü ciddi şəkildə azaltmağa imkan verəcək coğrafi şərait yoxdur".

Yaxın

Müsahibimiz həmçini bildirdi ki, kanat yolu əvəzinə funikulyor şəbəkəsinin genişləndirilməsi və yeni funikulyor xətlərinin inşası daha məqsədəuyğun olardı:

"Hazırda fəaliyyət göstərən funikulyor daha çox turizm məqsədinə xidmət edir. Yəni o, tam funksional ictimai nəqliyyat vasitəsi kimi formalaşmayıb. İnsanlar oradan əsasən qısa gəzinti etmək, mənzərə izləmək və şəkil çəkmək üçün istifadə edirlər. Halbuki müasir şəhər nəqliyyatında funikulyorun funksiyası daha praktik ola bilər. Məsələn, insanların işə və ya gündəlik marşrutlarına daha sürətli çatdırılmasına xidmət edə bilər".

Xədicə BAXIŞLI

Seçilən
46
1
redaktor.az

2Mənbələr