Avropa Liqasında mövsümün rəmzi komandası açıqlanıb.
QOL.az xəbər verir ki, rəmzi heyətdə turnirin qalibi olan İngiltərə təmsilçisi "Aston Villa"nın dörd futbolçusu yer alıb. Finalda 0:3 hesabı ilə məğlub olan Almaniya "Frayburq"u isə rəmzi komandaya iki oyunçu ilə töhfə verib.
Avroliqada mövsümün rəmzi heyəti aşağıdakı kimidir:
Qapıçı: Emiliano Martines ("Aston Villa")
Müdafiəçilər: Viktor Qomes ("Braqa"), Mattias Qinter ("Frayburq"), Morato ("Nottinqem Forest"), Oskar Minqesa ("Selta")
Yarımmüdafiəçilər: Con Makqinn ("Aston Villa"), Maksimilian Eqqeştayn ("Frayburq"), Morqan Rocers ("Aston Villa")
Hücumçular: Antoni ("Betis"), Emiliano Buendia ("Aston Villa"), İqor Jezus ("Nottinqem Forest")