AZ

Everestə bir gündə qalxan alpinistlərin sayında rekord qeydə alınıb

ain.az bildirir, Baku.ws portalına istinadən.

Dünyanın ən hündür zirvəsi olan Everest dağında bir gündə zirvəyə çatan alpinistlərin sayı üzrə yeni rekord müəyyənləşib.

BAKU.WS xəbər verir ki, Nepal rəsmilərinin məlumatına əsasən, əlverişli hava şəraiti səbəbindən 274 alpinist eyni gündə Everest zirvəsinə qalxmağa müvəffəq olub.

Bununla da dağa bir gündə çıxan ən çox insan sayı üzrə əvvəlki rekord yenilənib.

Nepallı məşhur alpinist Kami Rita Şerpa isə zirvəyə 32-ci dəfə qalxaraq şəxsi rekordunu daha da artırıb.

Qeyd edək ki, əvvəlki rekord 2019-cu ilin mayında qeydə alınmışdı. Həmin vaxt Nepal tərəfdən 223, Çin tərəfdən isə 113 nəfər Everest zirvəsinə çatmışdı.

8848 metr hündürlüyə malik Everest dağı Nepal ilə Çinin Tibet Muxtar Bölgəsi arasında yerləşir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
1
baku.ws

2Mənbələr