AZ

Neymar DÇ dən qabaq zədələndi

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

“Santos” və Braziliya milli komandasının hücumçusu Neymarın yenidən səhhətində problem yaranıb.

“Qafqazinfo” “Ge Globo” nəşrinə istinadən xəbər verir ki, DÇ-2026-nın hazırlıq mərhələsinin startı ərəfəsində 34 yaşlı futbolçunun sağ baldır əzələsində şişkinlik aşkarlanıb.

Mənbənin məlumatına görə, zədə o qədər də ciddi hesab olunmasa da, ulduz futbolçu xüsusi müalicə kursu keçməli və fiziki yüklənmələrdən qaçmalı olacaq.

Hazırda hücumçu bərpa prosesini “Santos”un məşq bazasında, şəxsi həkimlərinin, eləcə də Braziliya Futbol Konfederasiyasının mütəxəssislərinin ciddi nəzarəti altında keçir.

İlkin proqnozlara görə, braziliyalı oyunçu artıq mayın 27-də ümumi qrupa qayıtmağa və dünya çempionatına hazırlaşmaq üçün milli komandaya tam şəkildə qoşulmağa hazır olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
qafqazinfo.az

2Mənbələr