AZ

Xüsusi nümayəndə: Mənzil təminatı və sosial inklüzivlik Qarabağın bərpasında əsas prioritet istiqamətlərdəndir

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 21 may, AZƏRTAC

Təxminən 30 il ərzində Qarabağ işğal altında olarkən burada bütün infrastruktur dağıdılıb, tarixi və mədəni irs vandalizmə məruz qalıb, talan edilib. On minlərlə insan məcburi köçkün həyatı yaşamağa məcbur olub. Lakin Prezident İlham Əliyevin qətiyyəti nəticəsində bu vəziyyət dəyişdi və bu gün Qarabağa həyat yenidən qayıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urbisiddən münaqişə sonrası yenidənqurmaya gedən yol” tədbirində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov söyləyib.

Onun sözlərinə görə, işğal dövründə regionun infrastrukturu tamamilə dağıdılıb, tarixi və mədəni irs məhv edilib və on minlərlə insan məcburi köçkün vəziyyətinə düşüb.

“Lakin hazırda Qarabağda genişmiqyaslı bərpa işləri həyata keçirilir və yeni yaşayış məntəqələri, yollar, sosial obyektlər və digər infrastruktur layihələri reallaşdırılır. Bu prosesdə əsas məqsəd yalnız fiziki bərpa deyil, həm də davamlı yaşayış şəraitinin yaradılması və əhalinin doğma torpaqlarına qayıdışının təmin edilməsidir. Mənzil təminatı, sosial inklüzivlik və müasir idarəetmə mexanizmləri Qarabağın bərpasında əsas prioritet istiqamətlərdəndir”, - deyə Məsim Məmmədov əlavə edib.

Müxbirlər – Ceyhun Xəlilov, Elgün Niftəli

Fotoqraf – İlkin Cavanşirov

Operator – İlham Nadirov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
2
azertag.az

3Mənbələr