Rüstəm Nəbiyev tarixdə ilk dəfə Everest zirvəsinə yalnız əlləri ilə dırmaşan şəxs olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiya vətəndaşı Rüstəm Nəbiyev dünya tarixində bir ilki gerçəkləşdirib. O, Everest zirvəsinə yalnız əllərinin köməyi ilə dırmaşan ilk şəxs kimi tarixə düşüb.
Nəbiyev zirvədə Rusiya bayrağını qürurla dalğalandıraraq, ölkəsində güclü insanların yaşadığını nümayiş etdirdiyini bildirib.
Qeyd edək ki, Nəbiyev 2015-ci ildə Omskda kazarmaların çökməsi nəticəsində hər iki ayağını itirib. Ağır sınaqlara baxmayaraq, o, idman ruhunu və iradəsini itirməyərək bu çətinliyə nail olub.
O, Everestə dırmaşarkən şiddətli şaxta səbəbindən barmaqlarını donvurma təhlükəsi ilə üzləşdiyini və ciddi narahatlıq keçirdiyini bildirib.

Xuraman Etibarlı
İnterpress.az