AZ

"Şerlok Holms” heyranlığından Avropa nəşriyyatlarına -Əzimə Ağalarova danışır

"Şerlok

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Bu gün qonağımız çox fərqli və sirli dünyanın qapılarını bizə açacaq bir xanımdır.Uzun illər hüquq-mühafizə orqanlarında çalışmış, lakin uşaqlıq xəyallarının izindən gedərək bu təcrübəni möhtəşəm detektiv və siyasi trillerlərə çevirən azərbaycanlı yazıçı Əzimə Ağalarova ilə birlikdəyik.Əsərləri təkcə ölkəmizdə deyil, Türkiyədə və Avropanın müxtəlif dillərində nəşr olunan, dünyanı qarış-qarış gəzərək real kəşfiyyat sirlərini öz romanlarına köçürən müəlliflə həm onun keşməkeşli peşəkar keçmişindən, həm də çox səs-küy salan 'Cənnətdə Əzab' romanından danışacağıq. - Xoş gəlmisiniz, Əzimə xanım!- Təşəkkür edirəm. İnsan nə qədər qürbətdə yaşasa da,orada xoş gün görsə də,doğulduğu,böyüdüyü torpağı da çox arzulayır. Əlbəttə vətənimdən küskünlüyüm də az olmadı amma bu küskünlük vətənimə olan sevgimi əsla azaltmadı.- Peşəkar keçmiş, hüquq , janr, ədəbiyyat bir-birinə həm yaxın, həm uzaq iki sahə və uzun illər Sovet dönəmində hüquq-mühafizə orqanlarında çalışan bir xanım. Bu təcrübə detektiv və triller janrında bu qədər real əsərlər yazmağınıza necə təsir etdi?- Məlum məsələdir ki, yazıçının yaradıcı təxəyyülü ilə yanaşı yaşantıları da ona ilham verir. Ancaq bu hər zaman belə olmur. Mən 80-ci illərdə hüquq-mühafizə orqanlarında çalışmışam. 1993- cü ildə Almaniyaya gəldim və indiyə qədər də orada yaşayıram. Sözsüz ki, işlədiyim illərdə gördüyüm hadisələr yazılarıma təsir edib.Bu demək olar ki, bütün yazıçılarda belədir. Ancaq deməzdim ki, yaradıcılığım tamamilə yaşantılarımdan və reallıqdan ibarətdir. Əsərlərimdə görmək istədiyim ancaq görə bilmədiyim müsbət məqamlar var ki, bu yalnız yaradıcı təxəyyülüdür.- Uşaqlıq xəyalınızda Şerlok Holms heyranı olduğunuzu və detektiv olmaq istədiyinizi qeyd etmisiniz. Bu janra olan erkən həvəsiniz yazıçı təxəyyülünüzü necə formalaşdırdı?- Əlbəttə bu sevgim yaradıcılığımda öz izlərini qoydu. Lakin bu hal davamlı olmadı. Daha çox yenicə yazmağa başladığım dövrlərdə bu sevginin qığılcımını hiss edirdim. Ümumiyətlə yaradıcı insanlar hadisələrə daha fərqli baxır. Məsən bir başqa sənət sahibi yağışa təbiət hadisəsi deyirsə, yazıçı onu daha romantik görür, daha çox onu obrazlı şəkildə ifadə etməyə çalışır.- "Yıpranmış Hayallerin Peşinde" ("Cənnətdə Əzab") kitabında bir növ kəşfiyyat oyunları, Sovet KQB-si, Türk MİT-i, Mossad və Orta Şərq siyasəti barədə çox dəqiq detallar var. Bir yazıçının bu qədər fərqli dövlətlərin gizli xidmət orqanlarının iş mexanizmini təsvir etməsi üçün hansı araşdırmalardan keçməsi lazımdır?- Əlbəttə bu əsəri yazmaq kifayət qədər məsuliyyət tələb edir. İşlətdiyin hər bir ifadə sənin üçün böyük problemə çevrilə bilər. Çünki bu əsərdə bir neçə ölkənin siyasətindən danışılır,məşhur təşkilatların adları çəkilir. Belə əsərləri yazmaq üçün kifayət qədər bu sahədə bilikli olmaq lazımdır. Az bir məlumatla belə bir faktları bədiiləşdirmək müşkül məsələdir. Hətta deyərdim ki mümkün deyil.- Suzan və Sara obrazı əsərdə KQB-nin müsəlman ailələrdən əkiz uşaqları oğurlayıb agent kimi yetişdirməsi süjeti yer alır. Bu tamamilə bədii təxəyyüldür, yoxsa arxiv sənədlərinə və real faktlara əsaslanır?- Əsərdə real məqamlar çoxdur, ancaq bu məqam tamamilə yazıçı təxəyyülüdür. Bəlkə də dünyanın harasındasa buna bənzər bir hadisə olub, amma mən bunu bilmirəm. Bu mənim üçün tamamilə bir obrazdır. Bilirsiniz, yazıçı həm də oxucunu inandırmağı bacarmalıdır. Yəqin ki, mən buna nail olmuşam.- Suzanın hekayəsi Bakıdan Türkiyəyə, İrana, Moskvaya və Livana qədər uzanır. Onun keçdiyi bu ağır və dramatik psixoloji mərhələləri yazarkən hansı daxili hissləri keçirdiniz ?- Mən əsərlərimi yazarkən hönkür – hönkür aglayaraq yazıram. Heç bir əsərimi normal hisslərlə qələmə almamışam. Daha çox gecələr yazıram, alışmışam və hətta gecələr yata bilmirəm artıq. Sakit ama aglayaraq yazıram və bu məni çox yüngülləşdirir. Hətta nəvələrim dəfələrlə aglamaq səsimə gəliblər (gülür). Niyə belədir bilmirəm, bəlkə də içimdə saxladıgım, daşlaşmış niskillərim var ki onlar gecələr oyanır. - Suzan yoxsa Sara? Hansı sizə daha yaxındır? - Suzan çox təmiz, saf, qəlbi gözəl bir qızdır. Sara isə möhkəm xarakterli, çox cəsur, gözəl bir xanımdır. Bu obrazların hər ikisi mənə yaxındır. Mən bunu “Bir qadının anatomiyası” -nda da yazmışam. Qadın iki xarakterli ola bilər, biri zərif hətta zəif, eləcə də bir tərəfi çox cəsur və qorxmaz.- Kitabı Azərbaycan dilinə tərcümə edərək "Cənnətdə Əzab" adı altında genişləndirmisiniz. Yeni versiyada oxucuları hansı fərqli səhnələr və süjet xətləri gözləyir?- Bəli kitabı özüm tərcümə etmişəm,heç bir obrazı dəyişməmişəm. Nə yeni obraz əlavə etmişəm, nə də bir obrazı əsərdən çıxartmışam. Əsərin məzmununa isə ümumiyyətlə toxunmamışam. Sadəcə bir neçə fərqli və çox önəmli səhnələr artırmışam. Məsələn 1982- ci ildə "Hisbullab təşkilatının Beyrutda "yaranması və ilk olaraq Suzan tərəfindən həm keçmiş KGB, həm də MİT-i məlumatlandırılması, daha sonra Mossadın Suzanı azad etmək üçün Türk kəşfiyyatına şərtləri və ya necə olur ki, İran kəşfiyyatı Kamalı ruslara verməyə razılaşır, KGB İran kəşfiyyatının rəisinin hansı sirrini bilirdi və sairə. Əsərin ana dilimizə çap olunmasını çox istəyirəm.- Dünyanın 47 ölkəsində olmusunuz. Məsələn, İsrailə sadəcə bir səyahət sizdə "Ağlayan Duvar" romanını yazmaq ideyasını necə doğurdu?- Belə bir deyim var. Yüz dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır. Səyahətlər beynimdə bu fikri təsdiqlədi. Doğrudan da insan gəzdikcə daha çox kəşf edir. Kəşf etdikcə inkişaf edir, inkişaf etdikcə isə yaradıçılığı genişlənir ."Ağlayan duvar "xeyli zamanımı aldı amma buna dəyərdi. Düşünürəm ki, İsraillə bağlı bütün təəssüratlarımı "Ağlayan Duvar "da canlandıra bilmişəm .- Türkiyə mətbuatının ("Hürriyet", "Cumhuriyet") böyük maraq göstərdiyi bu əsərinizdə bir qadının daxili dünyasını və psixologiyasını hansı fərqli rakursdan işıqlandırmısınız ?- Təkcə bu əsərimdə deyil bütün əsərlərimdə qadın psixoloqiyasını detallı şəkildə yazmağa çalışmışam.- Əsərləriniz təkcə türkcə deyil, həm də ingilis və isveç dillərində Avropada nəşr olunub. Avropalı oxucuların bir azərbaycanlı yazarın qələmindən çıxan siyasi trillerlərə reaksiyası necədir?- Bəli "Bakıdan Gahirəyə və Stokholma uzanan yol "əsərim həm ingilis, həm də İsveç dilində çap olunub və Avropanın 5 ölkəsinə onlayn (online) satışa çıxarılıb. Bu əsər vasitəsi ilə mən Sovetlər dönəmini, Şərq insanının yaşantısını və qeyrət, namus, vətənpərvərlik, əxlaq, vicdan, sədaqət kimi yüksək keyfiyyətləri özündə cəmləşdirən bir azərbaycanlı qızının həzin hekayəsini xəfif-xəfif anlatmağa çalışmışam. Buna nə qədər nail olmuşam oxucular bilir.- Kitablarınızı oxuyarkən insan sanki bir film izləyir. Gələcəkdə əsərlərinizin beynəlxalq və ya yerli rejissorlar tərəfindən film və ya serial olaraq ekranlaşdırılması ilə bağlı planlarınız və ya təklifləriniz varmı?- Əlbəttə istəyərəm, həm də çox! Istəyərəm ki, bu əsərlər ekranlaşdırılsın. İnanıram ki, o gün mütləq gələcək!!!!!Hazırladı : İlhamə Vəliqızı "Şerlok

Diqqət Çəkənlər

Turan Qastro Turizm Peşə Hazırlıq Mərkəzi

Azərbaycan neftinin qiyməti 112 dollar oldu

Cəbrayıl rayonuna növbəti köç karvanı yola salınıb

Seçilən
31
ulusum.az

1Mənbələr