İkiqat Olimpiya çempionu Yevgeni Plüşenko və prodüser Yana Rudkovskayanın 13 yaşlı oğlu Azərbaycan fiqurlu konkisürmə komandasında yarışacaq.
TASS-ın xəbərinə görə, Plüşenko xəbəri RİA Novosti-yə təsdiqləyib.
Fiqurlu Konkisürmə Federasiyası (FFKKR) idmançıya 21 may cümə axşamı günü sərbəst buraxılış verib. Beynəlxalq Konkisürmə İttifaqından (ISU) xüsusi sənəd aldıqdan sonra o, növbəti mövsümdən etibarən Azərbaycanı təmsil etmək hüququ qazanacaq.
Qeyd edək ki, Yevgeni Plüşenko təkbətək konkisürmə üzrə Turin Olimpiya çempionu və komanda yarışlarında Soçi Olimpiya çempionudur. O, həmçinin 2002 və 2010-cu illərdə Olimpiya Oyunlarında gümüş, üç Dünya Çempionatı və yeddi Avropa Çempionatında gümüş medal qazanıb.
SAMİRƏ