AZ

Plüşenko Azərbaycanı təmsil edəcək

Fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya çempionu Evgeni Plyuşenkonun oğlu Aleksandr Plyuşenko bundan sonra beynəlxalq yarışlarda Azərbaycanı təmsil edə bilər.

VAXT.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, Beynəlxalq Konkisürmə İttifaqından (ISU) xüsusi sənəd alındıqdan sonra Plyuşenko Azərbaycan millisinə transferi gələn mövsümdən etibarən mümkün olacaq.

Qeyd olunur ki, o, əvvəl birinci idman dərəcəsi üzrə çıxış edib, lakin Rusiya üzrə ən böyük yarışlarda demək olar ki, iştirak etməyib. O, fiqurlu konkisürmə üzrə Rusiya yığmasının namizəd siyahılarında da yer almır.

Rusiya Fiqurlu Konkisürmə Federasiyası 13 yaşlı Aleksandr Plyuçenkonun idman vətəndaşlığının dəyişdirilməsini təsdiqləyib. Bu addım idmançının Beynəlxalq Konkisürmə İttifaqının (ISU) qaydalarına uyğun olaraq transfer prosesini başlatmasına imkan yaradır.

Gənc idmançı 2017-ci ildən “Pluşenko Akademiyası”nda məşq edir və atası ilə birlikdə mütəmadi olaraq buz şoularına qatılır. Daha əvvəl də akademiyanın digər gənc yetirməsi 17 yaşlı fiqurlu konkisürən Veronika Jilina da idman vətəndaşlığını dəyişərək Azərbaycan yığmasına keçmişdi.

Bundan əlavə, may ayında fiqurlu konkisürən Sofya Muravyova da idman vətəndaşlığını dəyişmək qərarı vermişdi.

Yevgeni Plyuşenko oğlu Aleksandrın beynəlxalq səviyyədə Azərbaycanı təmsil etmək imkanı qazanması ilə bağlı xəbəri şərh edib.

“Saşa Azərbaycan idman vətəndaşlığını 5 il müddətinə alıb. Görək bundan nə çıxacaq. O, hələ çox kiçikdir, 13 yaşı var. O, Rusiya yığmasında olmayıb, bu mövsümdə müxtəlif səbəblərdən yarışlarda iştirak etməyib və beləliklə, “karantin” dövrünü keçib. Heç kimin yerini tutmayıb, mənim şəxsi akademiyamda məşq edib”, – deyə Plyuçenko “RIA Novosti Sport”a bildirib.

Aleksandr Plyuşenkonun Azərbaycanı təmsil etməsi imkanı barədə xəbər bu gün (mayın 21-də) məlum olub. Bu hüququ tam şəkildə rəsmiləşdirmək üçün ona Beynəlxalq Konkisürmə İttifaqından (ISU) müvafiq xüsusi sənəd almaq lazımdır.

Qeyd olunur ki, Aleksandr Rusiya üzrə rəsmi böyük yarışlarda demək olar ki, iştirak etməyib, lakin buz şoularında çıxış edib.

Yevgeni Plyuşenko fiqurlu konkisürmə tarixinin ən titullu idmançılarından biridir. O, 2006 Turin Olimpiadasının qalibi, 2014 Soçi Olimpiadasının komanda yarışında qızıl medalçısı, 3 dəfə dünya və 7 dəfə Avropa çempionu olub.

Onun rəhbərlik etdiyi “Plushenko Academy” son illərdə bir neçə idmançının digər ölkələrə keçid prosesləri ilə də gündəmə gəlib.

Seçilən
38
vaxt.az

1Mənbələr