AZ

Bu çayın dibində qızıldan bahalı XƏZİNƏ gizlənir



Çinin qərbində yerləşən Hotan çayı dünyanın ən qeyri-adi və qiymətli çaylarından biri hesab olunur. Səbəb isə çayın dibində tapılan nadir nefrit daşlarıdır.

“IFL Science” nəşrinin məlumatına görə, Hotan çayı Ağ və Qara nefrit çaylarının birləşməsi nəticəsində yaranır və min illərdir qiymətli daş yataqları ilə tanınır.

Çin mədəniyyətində nefrit daşına xüsusi dəyər verilir. Qədim dövrlərdən “kralların daşı” sayılan nefritin insanı qoruduğuna, uğur və rifah gətirdiyinə inanılır.

Ekspertlərin sözlərinə görə, bəzi nadir nefrit daşları qram hesabı ilə qızıldan daha baha satılır. Hotan bölgəsində tapılan ən qiymətli nümunələrin milyonlarla yuan dəyərində olduğu bildirilir.

Uzun illər bölgədə yaşayan uyğurlar bu daşlara böyük maraq göstərməsələr də, Çinin şərqində nefritə olan yüksək tələb sonradan əsl “nefrit qızdırması” yaradıb.

Artan hasilat səbəbindən qiymətli daş yataqları sürətlə azalmağa başlayıb. Buna görə də Çin hakimiyyəti 2007-ci ildə Hotan çayı boyunca kommersiya məqsədli nefrit hasilatını qadağan edib.

Bu gün Hotan çayı həm tarixi İpək Yolunun mühüm nöqtələrindən biri, həm də dünyanın ən qiymətli təbii sərvətlərindən birinin məkanı kimi tanınır.



Seçilən
53
aia.az

1Mənbələr