AZ

Azərbaycan fiqurlu konkisürməsinə yeni güc: Aleksandr Pluşenko ölkəmizi təmsil edəcək

Rusiya fiqurlu konkisürmə federasiyası Aleksandr Pluşenkonun Azərbaycan bayrağı altına keçidini təsdiqləyib

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Fiqurlu Konkisürmə Federasiyası (FFKKR) məlumat yayıb.

Qurumun rəsmi qərarı ilə Aleksandr Pluşenkonun bundan sonra beynəlxalq yarışlarda Azərbaycanı təmsil etməsinə icazə verilib. Federasiya idmançının bayraq dəyişikliyi ilə bağlı müraciətini müsbət cavablandırıb.

Qeyd edək ki, bu keçid Azərbaycanın fiqurlu konkisürmə sahəsində idman potensialının gücləndirilməsi istiqamətində atılan addım kimi qiymətləndirilir.

İdmançının Azərbaycan yığmasının heyətində hansı yarışlarda debüt edəcəyi yaxın vaxtlarda rəsmi olaraq açıqlanacaq.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
51
interpress.az

1Mənbələr