AZ

Putin Rusiya kəşfiyyat xidmətlərinə gizli əmr verib...

...Vladimir Putin Rusiya kəşfiyyat xidmətlərindən Ukraynadakı sabitliyi pozmaq və Qərb ölkələrindən dəstəyini sarsıtmağı tələb edib.

SİA xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidməti bu barədə xəbərdarlıq edib.

Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, Putin Rusiya kəşfiyyat xidmətlərindən Ukraynadakı səfərbərliyi və Müdafiə Qüvvələrinin heyətinin təmin edilməsindən məsul olan hərbi rəhbərliyi nüfuzdan salmağı tələb edir.

Rusiya kəşfiyyat xidmətlərinə həmçinin Ukrayna Prezidenti Vladimir Zelenskini, ailə üzvlərini və komandasını mənfi şəkildə göstərmək tapşırılıb.

Bundan əlavə, Rusiya kəşfiyyat xidmətləri Ukrayna Prezidenti Aparatının keçmiş rəhbəri Andrey Yermak və əvvəllər Zelenskinin mətbuat katibi vəzifəsində çalışmış Yuliya Mendel ətrafında media qalmaqallarını qızışdırmağa çalışacaq.

Xarici Kəşfiyyat Xidməti vurğulayıb ki, bu vəzifələri yerinə yetirmək üçün Rusiya kəşfiyyat xidmətləri dövlət qurumları adından saxta sənədlər yaradacaq və onları mediaya sızdıracaq.

Ruslar Ukraynadakı daxili vəziyyəti sabitləşdirmək üçün keçmiş Ukrayna siyasətçilərini, ekspertlərini və digərlərini cəlb edə bilərlər.

Kreml özünün proksi mediasından istifadə edərək beynəlxalq tərəfdaşlarının Ukraynaya dəstəyini sarsıtmağa çalışacaq.

Bu media qurumları arasında artıq Ukrayna haqqında saxta xəbərlər yaydığı bilinən beynəlxalq resurslar da var.

Əli Babayev

Seçilən
27
1
sia.az

2Mənbələr