“Selta” hücumçusu Yaqo Aspasla müqavilənin müddətini 2030-cu ilə qədər uzadıb.
Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı futbolçu daha bir mövsüm komandanın uğurları üçün çalışacaq.
Aspasın karyerasını başa vurduqdan sonra klubun strukturunda fəaliyyətə başlayacağı bildirilib.
“Selta”nın yetirməsi olan Aspas klub tarixində ən çox qol vuran və oyun keçirən futbolçudur.