ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Baş nazir Əli Əsədov işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları ilə bağlı qərar imzalayıb. Yeni qaydaya əsasən, həmin ərazilərdə çalışan və ya xidmət edən şəxslərə mənzil kirayəsi xərcləri ödəniləcək.Qeydiyyat yeri iş variantından 50 kilometrdən çox uzaqlıqda olan işçilərə hər ay 100 manat kirayə pulu veriləcək. Hərbi qulluqçular üçün məsafə şərti tətbiq olunmayacaq. Eyni ailədən bir neçə nəfər azad edilmiş torpaqlarda çalışırsa, vəsait yalnız ailə üzvlərindən birinə ayrılacaq. Bununla yanaşı, işçi ilə birlikdə yaşayan ailə üzvlərinin hər biri üçün (ən çoxu 3 nəfər olmaqla) əlavə 50 manat ödəniş ediləcək.Yeni qayda 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Qısası, Qarabağ və Şərqi Zəngəzurda çalışan dövlət işçilərinə və hərbçilərə ev kirayələmək üçün dövlət tərəfindən hər ay pul veriləcək, ailəsi ilə qalanlara isə əlavə ödəniş də olunacaq.Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.