AZ

Filippinli nümayəndə: WUF13 hər kəsin öz təkliflərini təqdim etməsi üçün yaxşı bir platformadır

Bakı, 21 may, AZƏRTAC

Mən bu tədbiri çox maraqlı hesab edirəm. Dünyanın dörd bir yanından olan insanları görmək möhtəşəm idi.

Bunu AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Filippindən olan iştirakçısı olan Daryl Nicolas deyib.

Azərbaycanda artıq ikinci dəfə olduğunu deyən Daryl Nicolas buranın çox müasir bir yer olduğunu söyləyib.

O, həmçinin bildirib ki, WUF13 hər kəsin öz təkliflərini təqdim etməsi üçün yaxşı bir platformadır. Burada qlobal miqyasda və xüsusən də Azərbaycanda şəhərlər üçün nəzərdə tutulan planları nümayiş etdirmək üçün yaxşı imkanlar yaradılıb.

Seçilən
40
azertag.az

1Mənbələr