AZ

Ayxan Abbasov “Şamaxı” ilə vida oyununa çıxır

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Cümə axşamı, yəni mayın 21-də Misli premyer-liqasında sonuncu - 33-cü tura start veriləcək. Matçlar dörd gün ərzində keçiriləcək. İlk oyun günündə bir qarşılaşma olacaq.Misli premyer-liqası3-cü dövrə, 33-cü tur21 mayQəbələ - Şamaxı“Qəbələ”nin bu rəqiblə ev oyunlarının balansı: 31:+10=13-8, 34:32.2006/07 – 0:0; 2007/08 – 2:1; 2008/09 – 0:1; 2009/10 – 0:1, 1:1; 2010/11 – 0:1; 2011/12 – 0:0, 2:1; 2012/13 1:0, 1:2; 2013/14 – 3:2, 1:4; 2014/15 – 1:1, 1:1; 2015/16 – 1:1, 0:0; 2016/17 – 0:0, 4:3; 2017/18 – 3:0, 1:1; 2018/19 – 1:1, 0:0; 2019/20 – 0:4, 1:2; 2020/21 – 0:0, 2:0; 2021/22 – 2:1, 1:1; 2022/23 – 3:1, 2:0; 2025/26 - 0:1."Futbol+"in proqnozu: 30-30-40.Qəbələ, şəhər stadionu. Saat 18.30.Əvvəl də bildirdiyimiz kimi, "Qəbələ" premyer-liqadakı yerini qorumaq üçün 1-ci liqada mövsümü 2-ci pillədə başa vuracaq komandayla pley-off matçı oynayacaq. "Şamaxı" isə çoxdan gələn mövsüm üçün elitadakı yerini təmin edib. Buna baxmayaraq, bölgə təmsilçilərinin ifasında maraqlı, baxımlı oyun görəcəyimizi proqnozlaşdıra bilərik. Ona görə ki, hər iki komanda mövsüm ərzində əsasən hücumameyilli, baxımlı oyun tərziylə yadda qalıb. Başqa vacib məqamları da unutmayaq. "Qırmızı-qaralar" önəmli pley-off qarşılaşmasından əvvəl məğlub olmaq istəməyəcək. "Şirlər" isə Ayxan Abbasovun rəhbərliyi altında son matçını keçirəcək. Hər halda, təcrübəli mütəxəssis vida anında uduzmaq istəməz. O başqa məsələ ki, Ayxan bəyin günlərin birində yenidən “Şamaxı”nın “sükanı arxasına” kecəcəyini istisna etmək olmaz.Bu komandalar indiyə qədər 61 dəfə qarşılaşıb. Hər biri 20 qələbə qazanıb, 21 oyunda qalib müəyyənləşmıyib. Topların nisbətində "şirlər" öndədi - 75:68.KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
icma.az

1Mənbələr