"Euronews" telekanalında Azərbaycan çayı haqqında hazırlanan reportaj yayımlanıb.
"Report" xəbər verir ki, Azərbaycanın Belçikadakı səfirliyi süjeti "X" sosial şəbəkə hesabında paylaşıb.
"Azərbaycanda çay sadəcə ənənəvi bir içkidən daha çoxudur; bu, qonaqpərvərlik, dostluq, dialoq və mədəni kimliyin rəmzidir", - paylaşımda bildirilib və əlavə edilib ki, ənənəvi armudu stəkanlarda şirniyyat və limonla birlikdə təqdim edilən bu içki qonaqların qarşılanmasının və insanları bir araya gətirməyin ayrılmaz hissəsidir.
Qeyd edək ki, 21 may Beynəlxalq Çay Günüdür və süjetin hazırlanması bununla bağlıdır.
Happy #InternationalTeaDay! ☕️🇦🇿
— AzEmbBrussels (@AZMissionEU) May 21, 2026
In Azerbaijan, tea is more than a traditional drink—it is a symbol of hospitality, friendship, dialogue, and cultural identity. Served in traditional "armudu" glasses alongside sweets and lemon, it has long been an essential part of welcoming… pic.twitter.com/rhIVNe89lB