AZ

Almaniyada İranın sui-qəsd planı İFŞA OLUNDU – Keçmiş deputat HƏDƏFDƏ

Almaniyada İranın keçmiş deputat Folker Bekə sui-qəsd planı ifşa olunub.

İnterpress.az xəbər verir ki, bu barədə BILD məlumat yayıb.

Almaniyanın xüsusi xidmət orqanları Bundestaqın keçmiş deputatı, “Yaşıllar” partiyasının üzvü Folker Bekə qarşı hazırlanmış sui-qəsd planının qarşısını alıb.

Məlumata görə, hücumun arxasında İran xüsusi xidmət orqanlarının dayandığı ehtimal edilir.

23 il parlamentdə təmsil olunan Bek 2022-ci ildən bəri Alman-İsrail Cəmiyyətinə rəhbərlik edir.

İstintaqın gəldiyi nəticəyə görə, İran kəşfiyyatı bu iş üçün əvvəllər Berlindəki İsrail obyektlərini izlədiyi üçün terror şübhəsi ilə saxlanılan Əli S. adlı əfqanıstanlıdan istifadə edib.

2025-ci ilin mayında Əli S. həmyerlisi Tavab M. ilə əlaqə yaradaraq ondan Danimarkadan silah və partlayıcı maddələr üçün komponentlər gətirməyi tapşırıb. Planın bir hissəsi kimi, başqa bir cinayətkarın Folker Beki güllələməsi nəzərdə tutulub.

Folker Bek baş verənləri şərh edərək bildirib ki, istintaq İranın Almaniyaya və onun vətəndaşlarına qarşı hücumlar təşkil etdiyini təsdiqləyir.

O, Almaniyanın Xarici İşlər naziri İohann Vadefula müraciət edərək İranın səfirinin ölkədən qovulmasını tələb edib: “İndi bunun üçün kifayət qədər əsaslar var”.

Siyasətçi uzun illərdir İran hakimiyyətini, bu ölkənin İsrailə qarşı təhdidlərini, edam cəzalarını və Almaniya hakimiyyətinin Tehranla əlaqəli olduğunu iddia etdiyi Hamburq İslam Mərkəzinin fəaliyyətini kəskin tənqid etməsi ilə tanınır.

Almaniya hüquq-mühafizə orqanları İranın ölkə ərazisindəki təxribat fəaliyyətləri ilə bağlı genişmiqyaslı araşdırmalara davam edir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
26
interpress.az

1Mənbələr