ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Belarus və Rusiya heç kimə təhdid yaratmır, lakin “Brestdən Vladivostoka qədər birgə vətəni” qorumağa hazırıq.
Redaktor.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putin ilə birgə nüvə qüvvələrinin təlimi zamanı danışıb.
“Doğrudan da, bu cür ilk birgə təlimdir. Amma məlum olur ki, bizim baş qərargahlarımız və müdafiə nazirlərimiz bu təlimləri rübdə bir dəfə keçirirlər. Sadəcə, bizsiz – prezidentlərsiz. Biz hələ qışda prezidentlərin də iştirakı perspektivini müzakirə etmişdik”, – deyə Lukaşenko Putinə müraciət edib.
Belarus prezidenti vurğulayıb ki, Minsk və Moskva heç kimə qarşı hədə-qorxu gəlmir:
“Mən sizi tam dəstəkləyirəm, biz heç kimə qətiyyən təhdid yaratmırıq. Amma bizim belə silahımız var və biz Brestdən Vladivostoka qədər birgə vətənimizi hər vasitə ilə qorumağa hazırıq. Əgər əlimizdə belə bir imkan varsa, ondan istifadə etməyi bacarmalıyıq”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.