AZ

SpaceX IPO üçün müraciət edib, Mask dünyanın ilk trilyonçusu ola bilər

Şirkətin bazar dəyərinin 1,5 trilyon dolları ötə biləcəyi bildirilir...

SpaceX ilkin ictimai səhm təklifi (IPO) üçün rəsmi müraciət edib.

Poliqon xəbər verir ki, bu barədə beynəlxalq media orqanları məlumat yayıb.

Şirkət hələlik IPO çərçivəsində gözlənilən bazar dəyərini və səhmlərin yerləşdirmə qiymətini açıqlamayıb. Lakin The Wall Street Journal nəşrinin məlumatına görə, SpaceX IPO zamanı ən azı 1,5 trilyon dollar dəyərində qiymətləndirilməyə ümid edir.

Məlumata əsasən, bu göstərici reallaşarsa, şirkətin sahibi İlon Mask dünyanın ilk rəsmi trilyonçusu statusunu əldə edə bilər.

Xatırladaq ki, bu ilin fevralında SpaceX Maskın süni intellekt sahəsində fəaliyyət göstərən xAI startapını satın almışdı. Birləşmədən sonra yaradılan strukturun ümumi bazar dəyəri 1,25 trilyon dollar olaraq qiymətləndirilmişdi.

Digər tərəfdən, Bloomberg Agentliyinin məlumatına görə, SpaceX-in IPO həcmi 75 milyard dollara çata bilər. Bu isə indiyədək qeydə alınmış ən böyük IPO rekordunu əhəmiyyətli dərəcədə üstələyəcək.

Hazırkı rekord 2019-cu ildə Saudi Aramco tərəfindən həyata keçirilmiş 29 milyard dollarlıq IPO-ya məxsusdur.

Analitiklərin fikrincə, SpaceX-in birjaya çıxışı qlobal maliyyə bazarlarında son illərin ən böyük hadisələrindən biri ola və texnologiya sektorunda investisiya axınlarını yenidən formalaşdıra bilər.

Poliqon.info

Seçilən
12
poliqon.info

1Mənbələr